30 Oktyabr

Bank ili zərərsiz başa vurdu – HESABAT

"Bank Avrasiya"nın 2016-cı il üzrə maliyyə vəziyyəti məlum oldu. Fins.az xəbər verir ki, hesabata əsasən, bankın faiz və gəlirlərinin bu qəbildən olan növləri – 12 milyon 117 min manat təşkil edib.

Bunun 10 milyon 826 min manatını kreditlər üzrə faizlər təşkil edir. Faizlər və onlarla bağlı xərclər isə 3 milyon 396 min manat olub.

Bankın xalis faiz mənfəəti 8 milyon 722 min manat, qeyri-faiz gəlirləri 3 milyon 808 min manata yüksəlib.

Xalis əməliyyat mənfəəti isə 8 milyon 701 min manat təşkil edib. Bunun 7 milyon 538 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Nəticədə bankın xalis mənfəəti 921 min manat olub.

Hesabata əsasən, Bank Avrasiyada kredit portfelinin həcmi 90 milyon 189 min manat olub. Bunun 84 milyonu Bakı və Abşeronun, 6 milyonu isə Sumqayıtın payına düşüb.

Bankın nizamnamə kapitalı - 50 milyon manat təşkil edir. Bankın cəmi aktivləri 143 milyon 417 min manat təşkil edir. Nağd vəsaitləri 7 milyon 076 min manatdır. Müştərilərin cari hesabları 15 milyon manat, müştəri depozitləri 38 milyon manatdır. Bankın cəmi öhdəlikləri isə 91 milyon manata yaxındır.

Bank Avrasiyanın ümumi ehtiyatlarının məbləği 1 milyon 452 min manata çatıb.