30 Oktyabr

Manat süni şəkildə ucuzlaşdırılır? - EKSPERTDƏN AÇIQLAMA

"Azərbaycan manatının Mərkəzi Bank tərəfindən son vaxtlar daha sürətlə ucuzlaşdırılmasının beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı yaxınlarda gözlənilən qiymətləndirmələrinə hazırlıqla bağlı olduğunu düşünürəm". Fins.az xəbər verir ki, bu fikirləri iqtisadçı Qulu İbrahimli səsləndirib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən Azərbaycan Beynəlxalq Bankına vəsait ayrılması MB-ın balansında tarazlığı pozur: "Bu da öz növbəsində milli valyutamızın inzibati yolla süni ucuzlaşdırılması zərurətini yaradıb.