Yanvar ayının 30-da banklarda dolların məzənnəsi 2 manata yaxınlaşıb. Fins.az-ın banklardan əldə etdiyi məlumata görə, hazırda 2 bankda dolların satışı 1.99 manatı üstələyib. Söhbət “Pakistan Milli Bankının Bakı filialı və “Caspian Development Bank”dan gedir.
“Pakistan Milli Bankının Bakı filialı dolları 1.9300 manata alıb, 1.9930 manata satır. “Caspian Development Bank”da isə dolların alış məzənnəsi 1.8900 manat, satışı isə 1.9930 manatdır.
Bundan əlavə, “Nikoil Bank” dolları 1.9000 manata alıb 1.9900 manata satır.