Bu il fevralın 1-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan "ABB-Moskva"nın "Taqansk" əlavə ofisi fəaliyyətini dayandırır.
Fins.az xəbər verir ki, müştərilərə sonuncu dəfə 31 yanvar 2017-ci ildə xidmət olunacaq.
Əlavə ofisin hazırkı müştəriləri xidmət olunmaq üçün avtomatik olaraq fevralın 1-dən "ABB-Moskva"nın Yekaterinburqdakı "Bank ABB-Moskva" filialına köçürüləcək. "Bank ABB-Moskva" bağlanan əlavə ofisin müştəriləri qarşısındakı bütün öhdəliklərini öz üzərinə götürür.
Mənbə: Report