30 Oktyabr

Banklar dolları ucuzlaşdırdı

Xəbər verdiyimiz kimi, 31 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Fins.az xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşmışdır. Bu gün rəsmi USD/AZN məzənnəsi 1,9165 manat səviyyəsindədir.

Hərracda Dollar cüzi bahalaşıb. Buna baxmayaraq hərracdan əvvəl və sonra bir sıra banklar Dolları ucuzlaşdırıblar.

Günorta saatlarında Dolların satış qiymətini Unibank 1.97 manatdan 1.95 manata, Amrahbank 1.96 manatdan 1.95 manata, Nikoilbank 1.99 manatdan 1.98 manata, Yapı Kredi Bank Azərbaycan 1.9640 manatdan 1.96 manata endirib.

Xəbər verdiyimiz kimi, 30 Yanvarda 1 Dolları 1.9650 manata satan Kapital Bank bu gün 1.95 manata satır. Dolların satış qiymətini NBC Bank 1.97 manatdan 1.9590 manata, Bank of Baku 1.98 manatdan 1.97 manata, ExpressBank 1.9650 manatdan 1.96 manata endirmişdi.

Mənbə: Marja