30 Oktyabr

“Bloomberg”də manat bahalaşdı

Yanvar ayının 31-də Bloomberg terminalı üzərindən manatın dollar qarşısında məzənnəsi 1.9407 müəyyən edilib. Fins.az xəbər verir ki, bu, ötən gün ilə müqayisədə manatın 0.05% dəyər qazanması deməkdir. Belə ki, yanvar ayının 30-da “Bloomberg” manatın məzənnəsini 1.9416 səviyyəsində müəyyən etmişdi.

Qeyd edək ki, “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.