30 Oktyabr

Ata Bank ili necə başa vurdu? – HESABAT

Daha bir bankımız ili mənfəətlə başa vurdu."Ata bank" 2016-cı ilin son rübü üzrə hesabatını aşıqlayıb. Fins.az bankın hesabatının əsasında xəbər verir.
Belə ki, bank keçən rübə nəzərən öz faiz gəlirlərini 27% artıraraq 48 milyon manata çatdırıb.Faiz gəlirlərinin tərkibində ən əsas yeri kredit üzrə faiz gəlirləri təşkil edir və onun da həcmi 4-cü rübdə artaraq 47 milyon manata çatıb. Faiz xərcləri çıxıldıqdan sonra isə bankın 4-cü rübdə xalis faiz gəlirlərinin miqdarı 26 milyon manat olub. Qeyri-faiz gəlirləri isə 10 milyon manatdan 14 milyon manata yüksəlib.Və beləliklə, bankın 4-cü rübdəki mənfəəti keçən rübə nəzərən 98% yəni, 14 milyon 721 min manat azalaraq 340 min manata düşüb. Azalma olsa da "Ata bank" ili mənfəətlə başa vurub.
Bankın nağd vəsaitləri keçən rübə nəzərən 1 milyon 191 min manat azalaraq 1 milyon 972 min manata düşüb.Banklar da daxil olmaqla digər maliyyə institutlarındakı depozitləri isə 4-cü rübdə 9 min manat təşkil edib. Banklara verilən kreditlərin həcmi isə 8 milyon 189 min manatdan 8 milyon 285 min manata yüksəlib.
Ümumilikdə isə bankın cəmi aktivləri 3-cü rübə nəzərən 4-cü rübdə 1.4% azalaraq 479 milyon manatdan 472 milyon manata düşüb.
Bankın öhdəlikləri keçən rübə nəzərən 2.5% artaraq 413 milyon manata çatıb. Öhdəliklərin əsas hissəsini təşkil edən depozitlər 2016-cı ilin 4-cü rübündə 252 milyon manatdan 269 milyon 591 min manata yüksəlib. Ondan Fiziki şəxslərin tələbli depozitləri, hüquqi səxslərin tələbli depozitləri və hüquqi və fiziki şəxslərin müddətli depozitləri uyğun olaraq keçən rübə nəzərən 56% artaraq, 4.7% azalaraq və 5.1% artaraq 25 milyon manat, 40 milyon manat, 204 milyon manat olub.
Bnakın kapitalının həcmi isə 4-cü rübdə 3-cü rübə nəzərən azalaraq 76 milyon 510 min manatdan 59 milyon 811 min manata düşüb. Bu isə 21.8% bank kapitalının azalması deməkdir. Deməli, Bank kapitalını təşkil edən xüsusi və ümumi ehtiyatların miqdarı keçən rübə nəzərən azalma ilə müşahidə olunub. Belə ki, xüsusi kapital 66 milyon manatdan 51 milyon manata, ümumi ehtiyatlar isə 10 milyon manatdan 8 milyon manata düşüb.