30 Oktyabr

Kredit almaq üçün maaşlara qoyulan limit – BANKLARIN SİYAHISI

Artıq bir çox bank kredit verilişini aktivləşdirib. Lakin ötən illərlə müqayisədə banklar kredit verərkən daha həssas davranmağa başlayıblar. Fins.az xəbər verir ki, belə ki, bankların müştərilər qarşısında qoyduqları tələblər bəzən həddindən artıq çox hesab edilə bilər. Amma bankları da bu məsələdə qınamaq olmaz. Çünki məlum iqtisadi vəziyyətdə hər kəs özünü sığortalamağa məcburdur. Gələk kreditlərin verilmə qaydalarına.

Əgər siz bankdan kredit (istehlak krediti) almaq fikrinə düşmüşünüzsə, lakin rəsmi iş yeriniz yoxdursa, yaxşı olardı ki, təcili bu fikirdən daşınasınız. Banklar ilk növbədə sizdən iş yerinizi soruşacaqdır. İş yeriniz varsa və iş yerindən arayış gətirmə imkanınız yoxdursa, bu dəfə də siz kredit barəsində düşünməsəniz çox yaxşı olardı. Üçüncüsü sizin son iş yerindən gətirəcəyiniz arayış son 6 ayı (bəzi banklarda son 1 il) əks etdirmirsə, gözləyin 6 ay tamam olsun sonra müraciət edin.

Əgər iş yeri və iş yerindən arayış məsələsini həll edə bildinizsə, ikinci mərhələyə keçmiş hesab olunursunuz - ÖHDƏLİKLƏR.

Bank sizin bütün öhdəliklərinizə nəzər salacaqdır: Yaşam xərci, əlavə kreditlər(varsa), kredit tarixçəniz və s.

Əgər siz bu mərhələdən keçəcəyinizə əminsinizsə, bir digər məsələ haqqında məlumat vermək istərdik - ƏMƏK HAQQI.

Bəli, düzgün oxudunuz. Sizin aldığınız rəsmi (sənəd üzərində) əmək haqqı sizə kreditin verilməsi prosesində olduqca böyük rol oynayır. Bəzi banklar əmək haqqı üçün minimal tələb qoymasalar da (Hərçənd ki, onlar da respublikanın yaşayış minimumundan - 155 AZN aşağı əmək haqqı qəbul etməyəcəklər) , əksər banklarda standart tələblər vardır.

.az ölkəmizdə nağd pul krediti verən bankların əmək haqqı üçün qoyduqları limitləri bir yerə topladı. Əgər sizin əmək haqqınız bankların qoyduqları minimal tələbi ödəyirsə o zaman kredit müraciətinizin cavabsız qalmaması daha böyük bir ehtimal olacaqdır. Hələ bunun zamin məsələsi də var ki, götürəcəyiniz məbləğdən asılı olaraq sizdən 1 və ya 2 zamin tələb oluna bilər.

Bəzi banklar Kapital Bank, Beynəlxalq Bank, Azər Türk Bank krediti sadəcə əmək haqqını onlardan alan müştərilərinə verir. Bu zaman əmək haqqına qoyulan minimal tələb digər banklardan daha az təşkil edir.

Kredit üçün faiz dərəcələri isə sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.

Bank

Məbləğ

(AZN)

Faiz

Əmək haqqı üçün minimal tələb

(məbləğ)

Dəmirbank

300-10.000

27-29%

800 AZN

Yapı Kredi Bank Azərbaycan

300-10.000

28%

465 AZN

Bank Avrasiya

300-10.000

27%

450 AZN

Bank of Baku2

300-5.000 (maks.)

26-32%

400 AZN

CDB Bank

500-30.000

32%

400 AZN

AFB Bank

500-10.000

26-30%

350 AZN

Unibank

300-5.000

30%

175 AZN

Expressbank

300-5.000

28-30%

155 AZN

Beynəlxalq Bank3

300-15.000

26-29%

150 AZN

Kapital Bank4

300-20.000

29,84%

100 AZN

AccessBank

500-10.000

29%

-

Azər Türk Bank1

500-10.000

24-26%

-

Bank BTB

300-5.000

32-38%

-

Rabitəbank

300-1.000

27%

-

Turanbank

5.000 (maks.)

29%

-

  1. Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
  2. Beynəlxalq Bank - dan əmək haqqı və ya pensiya kartı olmalıdır.
  3. Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.

Mənbə: Banco.az