Daha iki bank fevral ayının 3-dən, yəni bu gündən etibarən xarici valyuta satışına limiti götürüb.
"Unibank"dan Fins.az-a verilən məlumata görə, dollar və avro artıq limitsiz olaraq satılır.
Hazırda bank dolların satış məzənnəsi 1.9350 manatdır.
Avronun satışı isə 2.1383 manatdır.
"Caspian Development Bank" limiti aradan götürüb. Qeyd edək ki, bu bankda dolların satışı 1.9550 manatadır, avronun isə 2.1180 manatadır.