30 Oktyabr

"Rabitəbank" ötən ili zərərlə başa vurub – HESABAT

2017-ci il yanvarın 1-ə "Rabitəbank" ASC-nin aktivlərinin həcmi 552,288 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% çoxdur.

Fins.az xəbər verir ki, 2016-cı ilin sonuna bankın kredit portfeli 183,335 mln. manat olub ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir.

Maraqlıdır ki, aktivlərin cəmi 51,2%-i və ya 283,029 mln. manatı likviddir. Düzdür, likvid aktivlərin həcmi ötən il ərzində təxminən 2 dəfə artıb. 2016-cı ilin yanvarın 1-ə bankın likvid aktivlərinin həcmi 139,016 mln. manat olub.

Bankın öhdəliklərinin həcmi 30,02% artaraq 506,677 mln. manat təşkil edib.
Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 48,5 mln. manat səviyyəsində qalıb.

Bank ötən ili 12 mln. 873 min manatlıq zərərlə başa vurub.

Mənbə: APA