Hərracdan sonra dolların məzənnəsi düşdüyündən banklar da adekvat olaraq dolların alışını ucuzlaşdırdılar. Fins.az xəbər verir ki, Unibank səhər saatlarında dolları 1,70 ilə alırdısa, hazırda 1.65-ə salıb. Amrahbank 1,68-ə aldığı dolları hazırda 1,65-ə endirib. Bank həmçinin satış məzənnəsini də salıb: 1,78-dən 1,75-ə. Nikoil bank səhər 1,68-ə aldığı dolları hazırda 1,65-ə götürür. Bank həmçinin dolların satışını 1,83-dən 1,75-ə qədər endirib.