Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir. Fins.az-ın məlumata görə, ötən gün banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 mln. dollar həcmində vəsaitin satıldığı, məzənnənin isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olduğu bildirilir. Lakin bu, bu günə olan rəsmi məzənnədə öz əksini tapmayıb.
Qeyd edək ki, fevralın 7-də keçirilən valyuta hərracında dolların rəsmi məzənnəsi 2,76% azalaraq 1,8252 AZN/USD-yə düşüb. Analitiklər dünən məzənnənin aşağı düşməsinin rəsmi məzənnədə öz əksini tapmamasının səbəbi kimi dolların son günlərdə sürətlə ucuzlaşmasını göstərir.
Mənbə: Report