30 phrase_var_core.october

Mərkəzi Bankın xarici ehtiyatları azaldı

Mərkəzi Bank 2016-cı il analitik balansını açıqlayıb. Fins.az xəbər verir ki, 2016-cı ilin yekunu üzrə Mərkəzi Bankın rəsmi beynəlxaq ehtiyatlarının həcmi 2015-ci illə müqayisədə 5 milyard 17 milyon dollardan 3milyard 974 milyon dollara enib. Bu isə 20.8% və ya 1 milyard 43 milyon dollar azalma deməkdir.

AMB-nin statistikasına əsasən, onun xarici öhdəliklərinin həcmi 2 milyon 200 min manat olub. Bu isə ötən illə müqayisədə 1.3 milyon manat artım deməkdir.

Mərkəzi hökümətə qoyulan xalis tələblərin həcmində də ötən illə müqayisədə düşmə müşahidə olunub. Belə ki, onun həcmi 5 milyard 651 milyon manatdan 3 milyard 664 milyon manata enib. Faizlə ilə desək, bu azalma 35% təşkil edir.