Mərkəzi Bankın banklar qarşısında qoyduğu tələblərin həcmi 2 milyarda yaxın artıb. Fins.az analitik balansa istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin yekunda 2015-cı ilin yekunu ilə müqayisədə 5 milyard 375 milyon manatdan 7 milyard 47 milyon manata qədər yüksəlib.
Göründüyü kimi, banklar qarşısında tələblər ötən bir ildə daha dəqiq statistika ilə ifadə etsək, 1 milyard 672 milyon manat dəyərində artıb. Pul bazasına gəlikdə isə burada artım 1 milyard 672 milyon və ya 22% təşkil edib. 2016-cı ilin yekununda 9 milyard 233 milyon olub. Pul bazasının manatla ifadəsində ötən ilin sonunda 6 milyard 902 milyon manat, 2016-cı ilin yekununda isə 7 milyard 860 milyon manat olduğunu görürük.