30 phrase_var_core.october

Bankların problemləri azalır – TƏHLİL

Bu il yanvarın 1-nə vaxtı keçmiş kreditlərin həcmində azalma müşahidə olunub. Fins.az xəbər verir ki, problemli kreditlər 2016-cı ilin sonunda 1 milyard 472 milyon manat təşkil edib və portfeldə xüsusi çəkisi 9%-ə düşüb.

Mərkəzi Bankın statistikasının müqayisəli təhlili göstərir ki, vaxtı keçmiş kreditlərin həcmi 2015-ci illə müqayisadə 36 milyon manat və ya faizlə desək 2.4% azalıb. Qeyd edək ki, 2005-ci ildən bəri problemli kreditlərin ən böyük səviyyəsi məhz 2015-ci ildə qeydə alınıb - 1 milyard 508 milyon manat.

2016-cı ilin sonunda cəmi kreditlərin məbləği 16 milyard 444 milyon manat olub. Yəni, 2015-cı ilin yekunu ilə müqayisədə 5 milyard 286 milyon manat azalma müşahidə edilib.