30 phrase_var_core.october

Manat xarici öhdəlikləri necə artırdı?

Bankların xarici öhdəlikləri 2016-cı ilin dekabr ayında artım nümayiş etdirib. Fins.az xəbər verir ki, ötən ilin oktyabr ayında xarici öhdəliklər 6 milyard 229 milyon manat azalsa da, dekabr ayında əksinə artaraq 7 milyard 224 milyon manata yüksəlib.

Təxminən 1 milyard manat həcmində öhdəliyin artmasına səbəb isə təbii ki, bankların xaricdən dollar krediti alması ilə bağlı deyil. Ekspert Samir Əliyevin açıqlamasına görə, dekabrda manat 2%-dən çox ucuzlaşıb və öhdəliklərin də artması məhz bununla bağlıdır: “Diqqət yetirsəniz, görərsiniz ki, öhdəliklər də o qədər artıb, çünki öhdəliklər xarici valyutada olur”.