Bloomberg terminalı üzərində dollar ucuzlaşmaqda davam edir. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar 1.8245 manatdan 1.7445 manata düşüb. Bu isə dolların manat qarşısında 4,38 % ucuzlaşması deməkdir. Qeyd edək ki, terminal üzərindən dolların ucuzlaşması dinamikası yenidən yüksəlib. Belə ki, fevral ayının 10-da dollar 0,04% ucuzlaşmışdı.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.