30 phrase_var_core.october

“Nikoil Bank”da yeni təyinat

“Nikoil Bank”da yeni təyinat olub. Fins.az xəbər verir ki, “Nikoil Bank”ın pərakəndə biznes üzrə Baş Direktoru vəzifəsinə Elçin Abdullayev təyin edilib.

Qeyd edək ki, E.Abdullayev 10 il xaricdə pərakəndə bankçılıq sahəsində təcrübə qazanıb. 2004-2005-ci illərdə Unibankın marketinq və biznesin inkişafı demartamentinin direktoru, 2005-2008-ci illərdə Qazaxıstanda BTA Bankın Əmanət və İnvestisiyalar məhsulları departamentinin baş direktoru, 2008-2013-cü illərdə “Bank Standard”ın pərakəndə məhsullar departamentinin rəhbəri olub. 2013-2014-cü illərdə Türkiyədə Avroasiya Regional Bank xidmətləri üzrə menecer, 2015-2016-cı illərdə ABŞ-da “Global Banking Business”in icraçı direktorunun müşaviri olub.