30 phrase_var_core.october

“Bloomberg”də dollar bahalaşmağa başladı

Bloomberg terminalı üzərində dollar son bir neçə gündə ilk dəfə bahalaşmağa başlayıb. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar ötən günü 1.7695 manatla yekunlaşdırıb. Fevralın ayının 14-ə isə günə 1.7733 manatla başlayıb. Bu isə dolların manat qarşısında 0,21% bahalaşması deməkdir.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.