30 phrase_var_core.october

Dollar “qara bazar”da həftəyə bahalaşma ilə başladı

Mərkəzi Bankın manatı bahaşdırmaqda davam etməsinə baxmayaraq “qara bazar”da əksinə dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 13-də səhər saatlarında dollar alışı 1.67 manatdan 1.72 manata, satışı isə 1.72 manatdan 1.75 manata qədər artırıb.

Qeyd edək ki, ötən fevral ayının 10-u ilə müqayisədə dolların “qara bazar”da alqı-satqısı 1,7- 2,9% bahalaşıb.