Fevralın 15-də BFB-də Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək olacaq.
Qeyd edək ki, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Notların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si |
50100753S |
Hərraca çıxarılan həcm |
50 000 000 AZN |
Bir notun nominal dəyəri |
100 АZN |
Notların tədavül müddəti |
28 gün |
Ödəmə tarixi |
15 mart 2017-ci il |