30 phrase_var_core.october

Xaker hücumu ilə bağlı – BANKDAN AÇIQLAMA

"DəmirBank" ASC müştəri hesablarına xakkerlər tərəfindən hücum olunmasına dair rəsmi açıqlama yayıb. Fins.az bankın mətbuat üçün açıqlamasına əsasən bildirir ki, 06 fevral 2017-ci il tarixində Bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq Bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilmişdir. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.

Yəni, DəmirBank heç bir müştərisinin hesabına müdaxilə olunmadığını qeyd edir. Həmçinin əlavə olunub ki, baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Eləcə də bax: “DəmirBank”dan 3 milyon dollar yoxa çıxdı

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.