Kommersiya banklarının bu il yanvarın 1-nə olan xalis xarici aktivləri 3.916 milyard manat azalıb. Fins.az bankların analitik balansını təhlil edərkən məlum olub ki, bu göstərici 2015-ci ilin yekunu ilə müqayisədə 11.5 dəfə və ya 3 milyard 577 milyon manat çox azalma deməkdir.
O cümlədən bankların məcmu xarici aktivləri 3 milyard 422 milyon manat olub ki, bu da 55.9% və ya 4 milyard 228 milyon manat azalmanı göstərir. Ötən ilin sonunda bu məbləğ 7 milyard 650 milyon manat olub.
Eyni zamanda kommersiya banklarının xarici öhdəliklərində azalma müşahidə olunur və hazırda bu rəqəm (-7.225) milyard manat səviyyəsindədir.