30 phrase_var_core.october

“Bloomberg”də dollar necə dəyişib?

Bloomberg terminalı üzərində dolların məzənnəsi dəyişməyib. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar ötən günü 1.7695 manatla yekunlaşdırıb. Fevralın ayının 14-də də dollar günü eyni məzənnə ilə başa vurmuşdu. Qeyd edək ki, fevral ayının əvvəlindən etibarən ilk dəfə dollar ardıcılıq olaraq 2 gün eyni məzənnə ilə ticarət edilir.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.