30 phrase_var_core.october

Banklar dollar satışında limiti artırdı – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən banklar valyuta satışına limiti azaldıb. Fins.az-ın araşdırması göstərdi ki, bu dəyişiklik kassaların gün ərzində etdiyi mübadilə əməliyyatlarından asıll olaraq baş verir.

Beləliklə, “Bank Silk Way” dünən dolları limitsiz satırdı, bu gün isə bir müştəriyə yalnız 1 000 dollar satır.

“VTB Bank Azərbaycan” dollar satışına tətbiq etdiyi limiti 5 000 dollardan 1 000 dollara endirib.

Ötən gün dolları limitsiz satan “Dəmirbank” bu gün isə yalnız 500 dollar satır. Alışa isə limiti aradan qaldırıb.

“Expressbank” fevralın 14-də bir müştəridən 5 000 dollaradək alırdı. Bu gün həmin məbləğ 4 dəfə artaraq 20 min dollara çatıb.

İran Milli Bankının Bakı filialı ABŞ valyutasının satış limitini 300 dollardan 1500 dollaradək artırıb. Qeyd edək ki, dünən bu bank xarici valyutanı 5 000 dollaradək alırdı. Bu gün isə alışa limit yoxdur.

Dünən dollar satışını dayandıran “Bank Respublika” bu gün 1 000 dollar satır, alışda isə dəyişiklik yoxdur.

Pakistan Milli Bankının Bakı filialı isə dollar almaqdan ümumiyyətlə imtina etdi.