Ölkənin daralan kredit portfelində dövlət banklarına verilən kreditlər nə az, nə çox, düz 35 faiz paya malikdir. Fins.az xəbər verir ki, 2016-cı ildə cəmi kredit qoyuluşunun 5 milyard 749 milyon manat dəyərində olan hissəsi dövlət banklarına kredit olaraq verilib.
Müqayisə etsək görərik ki, ümumi kredit qoyuluşlarında 2016-cı ildə əvvəlki ilə nisbətən böyük həcmdə azalma baş verib və bu kiçilmə dövlət banklarına verilmiş kreditlərin həcmində də öz əksini tapır. Və statiskaya əsasən, 2015-ci ildə bu məbləğin 7 milyard 289 milyon manat və xüsusi çəkisinin 33.6% olduğunu deyə bilərik.