30 Oktyabr

Mərkəzi Bank iflic olub – EKSPERT

"Mərkəzi Bank heç bir strateji qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bir sözlə, iflic olub".
Fins.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədəki açıqlamasında səsləndirib. Onun sözlərinə görə, 2 gün əvvəl Mərkəzi Bankın idarə heyətinin 5 üzvündən 3-nün səlahiyyət müddəti bitib.
"Qanuna əsasən, Mərkəzi Bankın 7 üzvü olmalıdır: 5-i daimi əsaslarla işləyən və 2 kənar üzv (xarici təcrübədə adətən biri maliyyə nazirliyinin, digəri isə ictimaiyyətin nümayəndəsi olur). Lakin kənar üzv vəzifələri həmişə vakant olub. Çünki Mərkəzi Bank kənardan işinə nəzarət edilməsini istəmədiyindən həmin üzvlərin təyinatının reallaşmasına imkan verməyib. Buna görə də Mərkəzi Bankda həmişə 5 daimi əsaslarla işləyən üzv olub".

Qanuna görə, İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Hazırda isə 7 üzvdən cəmi 2-si mövcuddur.

Buna görə Ə.Həsənov hesab edir ki, Mərkəzi Bank strateji qərarlar qəbul etmək səlahiyyətinə malik deyil.