Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini daha da bahalaşdırıb. Fins.az xəbər verir ki, səhər saatlarından banklar artıq 1 dolları 1.72 manatdan baha alır, 1.80 manatdan da yüksək satır.
Araşdırmaya əsasən, dünən dolları 1.6850 manata alan “Accessbank” bu səhər 1.7200 manata alır. Bakda dolların satışı isə 1.8000 manat təşkil edir. Dünən isə bu məbləğ 1.7200 manata bərabər idi.
“Nikoilbank” isə ABŞ valyutasını 1.7400 manata alır, 1.8200 manata satır. Fevralın 15-də isə bank dolları 1.7300 manata alırdı və 1.8200 manata satırdı.
Qeyd edək ki, Mərkəzi Bank dolların satış kursunu 1.7296 manatda stabil olaraq saxalmasına baxmayaraq, bahalaşma tendensiyası müşahidə olunur.