30 Oktyabr

"Muğanbank" yeni şöbəsini istifadəyə verdi

Xırdalan şəhərində Muğanbank ASC-nın yeni şöbəsi fəaliyyətə başlayıb. Bununla bank xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu. Şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış 1 saylı şöbə müvafiq olaraq aşağıdakı ünvanda müştərilərini gözləyir:

1 saylı şöbə

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küç.,3

Tel: (012) 5998326