30 Oktyabr

Bank dollar satmaqdan imtina etdi

Bu gündən etibarən Azərbaycanın iri banklarından biri dollar satmaqdan imtina etdi.
Fins.az-ın verdiyi xəbərə görə, söhbət "Bank VTB Azərbaycan"dan gedir.
Qeyd edək ki, bu günədək bank bir müştəriyə 1 000 dollar satırdı.
Xatırladaq ki, bu bankda dolların alışı 1.7250, satışı 1.8200 manat təşkil edir.