30 Oktyabr

Bank yeni ilə 163 milyonluq mənfəətlə çıxıb

2016-ci ilin sonunu nəticələri ilə Avrasiya İnkişaf Bankının (EBRD) xalis mənfəəti 163,5 milyon dollar olub.
Fins.az-ın bankın hesabatına istinadən verdiyi məlumana görə, xalis faiz gəlirləri 17,6% artaraq 109,2 milyon dollar təşkil edib. Faiz xərcləri isə 36,7% azalaraq 84,3 milyon dollar olub.
Bundan əlavə, hesabat dövrünün sonunda buraxılmış qiymətli borc kağızlarının həcmi əvvəlki kağızların EBRD tərəfindən yenidən almasına görə, 2015-ci ilin sonunun nəticələri ilə müqayisədə 3,4% azalaraq 1,16 milyard dollar təşkil edib.
Xatırladaq ki, Avrasiya İnkişaf Bankı 1 milyard dollarlıq layihələrə investisiya yatırmaq niyyətindədir.