30 Oktyabr

Hərracdan sonra“Bloomberg”də dollar yenidən bahalaşıb

Bloomberg terminalı üzərində dollar bahalaşmaqda davam edir. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar ötən gün 1.7800 manata kimi yüksəlib. Bu isə əvvəlki günlə müqayisədə 0,59% bahalaşma deməkdir. Qeyd edək ki, fevral ayının 16-da dollar 1.7695 manatla ticarət edilmişdi.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.