Səhm bazarında əməliyyatların həcmi 39% artıb. Fins.az xəbər verir ki, xüsusilə bankların nizamnamə kapitallarını artırmaq məqsədilə səhm bazarında iştirakı artıb. Nəticədə səhm bazarının həcmi 913 milyon manata yüksəlib.
Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 563 milyon manata çatıb.
Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 7,833 milyard manat olub. Dövlət əhəmiyyətli layihələrin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını səbəb olub.Nəticədə manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 4,6 dəfə artaraq 7,5 milyard manata yüksəlib.