Daha bir bank fevral ayının 17-dən xarici valyuta satışına limiti götürüb.
"Ziraat Bank Azərbaycan"dan Fins.az-a verilən məlumata görə, dollar artıq limitsiz olaraq satılır.
Qeyd edək ki, bank tərəfindən dollar alışına da, həmçinin, limit tətbiq edilməyib.
Hazırda bankda dolların alış məzənnəsi 1.73, satış isə 1.84 manatdır.