Bank BTB ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Rzayev Emil Sabir oğlu təyin olunub. Fins.az xəbər verir ki, Emil Rzayev 21 ildir ki, bank sektorunda fəaliyyət göstərir. 14 il ərzində yüksək vəzifələrdə çalışıb.
Bank BTB-nin müşahidə şurasında da dəyişikliklər baş verib. Banka əvvəl sədrlik edən Samir Qocayev Müşahidə Şurasında Asim Salamovu əvəz edib. Hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən ibarətdir.
Qeyd edək ki, Bank BTB 2010-cu ildə yaradılıb. Bu gün bank 10 filial, 6 şöbə və Baş ofisdə yerləşən Müştəri Xidmətləri Departamenti ilə təmsil olunub.