Beynəlxalq Bank bundan sonra sığorta fəaliyyəti ilə məşğul olacaq. Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verib.
Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı “ABB”-nin müraciətinə baxılmış və müsbət qərar qəbul ediib.
Sözügedən lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.