Bloomberg terminalı üzərində dollar bahalaşmaqda davam edir. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar 1.7837 manata kimi yüksəlib. Bu isə əvvəlki günlə müqayisədə 0,21 % bahalaşma deməkdir. Qeyd edək ki, fevral ayının 16-da dollar 1.7800 manatla ticarət edilmişdi.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.
Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.