Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 80 faizi istiqrazlar və pul bazarı alətləri, 12,2 faizi səhmlər, 4,4 faizi daşınmaz əmlak və 3,4 faizi qızıl təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə ARDNF-in 2016-cı il üzrə investisiya fəaliyyətinin yekunlarına həsr edilən hesabatında deyilir.