Kapital Bank-ın rəhbərliyində yeni təyinatlar olub. Bankdan Fins.az-a verilən məlumata görə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Həmçinin Nahid Zeynalov Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, baş İnformasiya İnzibatçısı təyin edilib.
Qeyd edək ki, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.