30 Oktyabr

Mərkəzi Bank "manat yığımı"nı azaltdı

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 20-də depozit hərracı keçirəcək.

“Mərkəzi Bank fevralın 20-də Bloomberg platformasında keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 mln. manat cəlb etməyi nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.

Qeyd edək ki, son hərracda 200 mln. manat cəlb olunmasına baxmayaraq tələb təklifi üstələmişdi.

Mənbə: Banker.az