30 Oktyabr

İpoteka Fondu istiqraz buraxır – CƏMİ 3% GƏLİRLİLİKLƏ

Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin istiqrazlarının buraxılışını qeydə alıb. Fins.az xəbər verir ki, hər birinin nominal dəyəri 1000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazları kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür.