30 Oktyabr

Valyuta Fondu bank rəhbərlərini görüşə çağırdı

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri cənab Məhəmməd Əl Qorçinin (Mohammed El Qorchi) Bakıya səfəri çərçivəsində, kommersiya banklarının rəhbərləri ilə görüşü nəzərdə tutulur.

Fins.az-ın məlumata görə, BVF-nin təklifi ilə görüşdə, Azərbaycan bank sistemində mövcud problemlərin aradan qaldırılması üçün daha hansı addımlar atılmalıdır, Bank sektorundakı durum məzənnəyə necə təsir edir, Əmanətlərin Sığortalanması Fondu necə kapitallaşmalı və bundan sonra necə fəaliyyət göstəməlidir, AMB-nin monetar siyasəti ilə bağlı fikirləriniz. və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Görüşün 2017-ci il martın 2-də saat 14:30-dan 15:30-a qədər, Dünya Bankının Bakıdakı ofisində (ünvan: Baku-2 Konfrans otağı; Nizami küç. 90A, Landmark III, 5-ci mərtəbə) keçirilməsi planlaşdırılır.

Mənbə: Marja