Fevral ayının 22-də dollar Bloomberg terminalı üzərində günə ucuzlaşma ilə başlayıb. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar 1.7849 manata kimi aşağı düşüb. Bu isə əvvəlki günlə müqayisədə 0,15 % ucuzlaşma deməkdir. Qeyd edək ki, fevral ayının 21-də dollar günü 1.7875 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.
Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.