Bu gün Azərbaycanın iri banklarından biri dolların satış limitini qaldırdı. Fins.az-a "Bank Respublika"dan daxil olan xəbərə görə, bank bir müştəriyə 50 min dollaradək məbləğ satır.
Qeyd edək ki, dünən bu bank yalnız 1 min dollar satırdı.
Xatırladaq ki, bu bankda dolların satış məzənnəsi 1.8190 manatdır.