Fevral ayının 22-də “qara bazar”da manat bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.7900 manata, satışı isə 1.8100 manata düşüb. Bu ötən günlə müqayisədə manatın 0,5% bahalaşması deməkdir.
Qeyd edək ki, ötən gün dollar “qara bazar”da 1.8000 manata alınıb, 1.8200 manata satılırdı. Fərdi dollar satışı ilə məşğul olan şəxslər bildirirlər ki, dolların ucuzlaşması bankların kursu aşağı salması ilə bağlıdır.