30 Oktyabr

İlin əvvəlindən bir qəpik də satmamışam – BANKDAN AÇIQLAMA

Azərbaycan iri banklarından biri dollar satışından uzun müddətdir ki, imtina edib.
"Azərbaycan Beynəlxalq Bankı"ndan verilən xəbərə görə, bank ilin əvvəlindən valyuta satışı əməliyyatları həyata keçirməyib.
Xatırladaq ki, bir müddət öncə bank kassasında vəsait olmağından asılı olaraq dollar satdığını bəyan edirdi. Lakin redaksiyamızın araşdırmasına əsasən, kassalar müştərilərə "yox" cavabi verirdi.