30 Oktyabr

Daha bir bank dollar satışını sərbəst buraxdı

Daha bir bank xarici valyuta satışına limiti aradan qaldırıb. Fins.az-ın məlumatına görə, Bank Milli İranın Bakı filialı valyuta mübadiləsini limitsiz şəkildə həyata keçirir.

Qeyd edək ki, dünən bank yalnız 500 dollar satırdı. Lakin kassalarda Avropa valyutası olmadığından avro satışı yoxdur.
Onu da deyək ki, bu bankda dolların satış məzənnəsi indi 1.82 manatdır.