Son iki gündə “qara bazar”da manat bahalaşmaqda davam edir. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.7800 manata, satışı isə 1.8000 manata düşüb. Bu son iki günlə müqayisədə manatın 1,1% bahalaşması deməkdir.
Qeyd edək ki, ötən gün dollar “qara bazar”da 1.7900 manata alınıb, 1.8100 manata satılırdı.