30 Oktyabr

Bu bankda "dollar bolluğudur"

"Accessbank" dolların satışına limiti aradan qaldırıb. Fins.az xəbər verir ki, bu bank artıq neçə müddətdir ki, bir müştəriyə 10 min dollar və 5 min avro satırdı. Bu gündən isə dolları limitsiz şəkildə satmağa start verib.

Lakin ABŞ valyutasının alışına qoyulan limit qüvvədədir. Qeyd edək ki, bank bir müştəridən 10 min dollar və 5 min avro alır.
Xatırladaq ki, "Accessbank"da dolların alış məzənnəsi 1.7360 manat, satışı 1.8250 manatdır.
Avropa valyutasının alışı 1.7689 manat, satışı 1.9274 manat təşkil edir.