30 Oktyabr

Bank tərəddüd içindədi – SATAQ, SATMAYAQ?

Bu gün "Bank Respublika" dollara təyin etdiyi limiti 50 dəfə azaldıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bank bir müştəriyə yalnız 1 000 dollar satır.
Qeyd edək ki, "Bank Respublika" fevral ayının əvvəlindən limiti artıq bir neçə dəfə kəskin azaldıb və qaldırıb.
Belə ki, fevral ayının ilk günləri bank bir müştəriyə 5 min dollar satırdı, fevralın 8-i isə artıq 100 min dollar satırdı.
Fevralın 14-də isə ümümiyyətlə satış dayandırıldı. Ertəsi gün isə 1000 dollar satmağa başladı. Bir həftə ərzində yalnız bu məbləğdə satış həyata keçirilirdi.
Fevralın 22-si bank dollar satışını 50 dəfə artırdı və iki gün ərzində bir müştəriyə 50 min dollar satdı.
Qeyd etdiyimiz kimi, bank bu gündən yenidən limiti 1 000 dollara salıb.